Engelsdə növbəti partlayış - VİDEO

Engelsdə növbəti partlayış - VİDEO

Bu gün Rusiyanın Saratov vilayətindəki Engels hərbi aerodromunda baş verən partlayışlar Rusiyanın Ukrayna ərazisinə təcavüzünün nəticəsidir.

 

Sfera.az bildirir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri, polkovnik Yuri İqnat deyib.



"Əlbəttə, bunlar Rusiya təcavüzünün nəticələridir. Nə baş verdi? Bunlar bizim artıq eşitməyə öyrəşdiyimiz növbəti şoulardır. Bu, həqiqətən də Rusiyanın bizim torpaqlarımızda etdiklərinin nəticəsidir"- deyə o, şərh edib.


“Gördüyümüz kimi, belə hallar getdikcə daha tez-tez baş verir və ümid edirik ki, bu, yalnız Ukraynaya xeyir verəcək”- o əlavə edib.



İqnatın sözlərinə görə, aerodromdakı partlayışların nəticələrini qiymətləndirmək üçün obyektin peyk görüntülərini gözləmək lazımdır.



"Peyk şəkilləri sizə hər şeyi deyəcək. Gördüyünüz kimi, bu və digər aerodromlarda baş vermiş keçmiş hadisələr hələ də təyyarələrə müəyyən ziyan vurub"- deyə spiker bildirib.



Bununla belə, İqnat hesab edir ki, Engelsdəki bugünkü partlayışlar çətin ki, Rusiyanın Ukrayna ərazisinə növbəti zərbələr endirmək imkanlarına təsir etsin. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin spikeri müdafiə qüvvələrinin də Rusiyanın hücumlarına hazırlaşdığını vurğulayıb.



Xatırladaq ki, Rusiyanın Saratov vilayətinin Engels şəhərində dekabrın 26-na keçən gecə partlayış səsləri eşidilib. Rusiya hərbçilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz təyyarəni hərbi aerodroma yaxınlaşarkən aşağı hündürlükdə vurub. Eyni zamanda trayektoriyasını dəyişərək binaların üzərinə yıxılıb. Nəticədə ən azı üç rus əsgəri həlak olub.



Xatırladaq ki, bu ay Engels hərbi aerodromuna ikinci hücumdur. Dekabrın 5-də səhər saat 6 radələrində də güclü partlayış olub. Həmin gün Ryazan vilayətindəki Dyagilevo aviabazasına zərbə endirilib.


Aynil 
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...