Rusiya bolqar jurnalisti axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi "Bellingcat"ın jurnalisti Xristo Qrozevi federal axtarışa verib.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda deyilir ki, Qrozev barədə Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması (Cinayət Məcəlləsinin 207.3-cü maddəsi) ilə bağlı iş açılıb və onun haqqında axtarış elan edilib.
Qeyd edək ki, milliyyətcə bolqar olan Xristo Qrozev "Bellingcat"da jurnalist və layihə meneceridir. Bu il fevralın 25-də layihə Rusiyada “arzuolunmazlar” siyahısına daxil edilib. İyulda Rusiya Federal Təhlükəsizlik Xidməti Qrozevi Rusiya hərbi təyyarəsini qaçırmağı planlaşdıran Ukrayna kəşfiyyatına kömək etməkdə ittiham edib. KİV iddia edir ki, FTX cinayət işinin başlanması barədə məlumat verməyib.
Qrozev Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatında iştirakını inkar edir.