Putin: MDB üzvləri arasında da fikir ayrılıqları yaranır

Putin: MDB üzvləri arasında da fikir ayrılıqları yaranır

Təhdidlər və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin Birlik ölkələri arasında onları həll etmək hazırlığı var.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində çıxışında bildirib.

 

"Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Təəssüf ki, biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”, deyə Rusiya Prezidenti vurğulayıb.

 

Putin onu da bildirib ki, MDB ölkələri arasında əməkdaşlıq uğurla davam edir:

 

"Son bir ildə dövlətlərimizin çoxşaxəli qarşılıqlı əlaqəsi bütövlükdə uğurla inkişaf edib. Bunu bizim aramızda, Rusiya ilə bütün MDB ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı da təsdiqləyir. Yanvar-oktyabrda ticarət dövriyyəsinin həcmi 6,6% artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna qədər onun 100 milyard dollara çatacağını gözləməyə əsas var. Sonda bir daha əmin olduğumu bildirmək istərdim ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verir, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edir", deyə Putin qeyd edib. (APA)


OXŞAR XƏBƏRLƏR

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...