Logo

“Xeyr, üçtərəfli görüş olmayacaq” - Peskov

“Xeyr, üçtərəfli görüş olmayacaq” - Peskov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq”, - o vurğulayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR