Logo

Türkiyə Rusiya ilə birgə hərbi əməliyyata başlaya bilər

Türkiyə Rusiya ilə birgə hərbi əməliyyata başlaya bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Rusiya ilə birgə hərbi əməliyyata başlaya bilər.

Sfera.az "Röyters"ə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin Rusiya tərəfi ilə kürd Xalq Özünümüdafiə Qüvvələrinə qarşı hərbi əməliyyat keçirmək üçün Suriyanın şimalında hava məkanının açılması imkanını müzakirə etdiyini açıqlayıb. Agentliyin məlumatına görə, Türkiyə tezliklə quru əməliyyatına başlamağı planlaşdırır.

Hulusi Akar qeyd edib ki, bu əməliyyatla bağlı bütün məsələlər Rusiya Federasiyası ilə müzakirə olunur.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında planlaşdırılan xüsusi hərbi əməliyyatın antiterror xarakterli olacağını açıqlamışdı.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR