Kılıçdaroğlu Ərdoğana cavab verdi
15:04 / 30.09.2016
1845
Türkiyə prezidenti R.T.Ərdoğanın dünən söylədiyi sözlər ölkədə böyük narazılığa və müzakirəyə səbəb olub.
Belə ki, prezident muxtarlar toplantısında 1923-cü ildə imzalanmış Lozan sülh müqaviləsini tənqid edərək, o zaman ölkəyə rəhbərlik edənləri Egey dənizindəki adaların Yunanıstana verilməsində ittiham edib.
Sfera.az türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğanın bu açıqlamasına CXP partiyasından sərt etiraz gəlib. Partiya rəhbəri Kemal Kılıçdaroğlu "Lozan müqaviləsi Türkiyənin təsdiq sənədidi. Biz Lozanı müdafiə edirik, onlar isə Sevri” deyə tənqid edib.
Kılıçdaroğlu həmçinin qeyd edib ki, düşmən ölkələri belə Lozanı bu qədər aşağılamamışdılar.