Logo

Rusiyada dəhşətli YANĞIN: 22 nəfər HƏLAK OLDU

Rusiyada dəhşətli YANĞIN: 22 nəfər HƏLAK OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kemerovoda ( Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər) evsizlər üçün sığınacaqda baş verən yanğın nəticəsində 22 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiya İstintaq Komitəsinin mətbuat xidməti yayıb. Məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Daha əvvəl ölü sayının 20-yə yaxın olduğu bildirilirdi. Amma hadisə yerinə baxış zamanı daha iki nəfərin meyitinin qalıqları aşkar edilib.

Qeyd edək ki, sığınacaq şəxsi evdə fəaliyyət göstərirdi. Şəxsi sığınacağın sahibi Evangelist kilsəsinin 31 yaşlı keşişi Andrey Smirnov olub. Smirnova qarşı cinayət işi açılıb.

O, evi kömürlə işləyən qazanla qızdırırmış. Hadisə baş verən ərəfədə sakinlər sığınacaq sahibinə bildiriblər ki, qazanxana nasazdır. Xəbərdarlığa baxmayaraq, qazanxana təmir edilməyib.

Yanğın gecə yerli vaxtla 3:30 radələrində (Moskva vaxtı ilə 23:30) başlayıb. Yanğını yeddi saatdan sonra söndürmək mümkün olub.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR