Elon Maskın sərvəti azalmaqda davam edir

Elon Maskın sərvəti azalmaqda davam edir

Elan Mask hər gün bir az daha sözün əsl mənasında yoxsullaşır.


Sfera.az bildirir ki, Twitter-in alınmasından sonra Tesla-nın səhmlərinin ucuzlaşması sürətlənib. Onlar isə milyarderin əsas sərvətidir. Kotirovkaların azalması səbəbindən Maskın sərvəti 147,7 milyard dollara qədər azalıb. Bu isə Maskın sərvətinin son iki ildə ən minimum həddi deməkdir.



Qeyd edək ki, bir həftə əvvəl iş adamı dünyanın ən varlı adamları reytinqində liderliyini Bernard Arnoya uduzub. İl ərzində amerikalı milyarder 122,6 milyard dollar yoxsullaşıb. Agentlik Maskın sərvətini 7,7 milyard dollar olaraq qiymətləndirir.



Statistika məlumatlarına görə, Maskın aktivlərinin dəyəri 147,7 milyard dollardır. Bu, iki ildən artıq müddətdə ən aşağı göstəricidir. Maskın sərvəti Tesla qiymətli kağızları və opsionlarından ibarətdir. Milyarder Twitter-i əldə etmək üçün çoxlu pul xərcləməli olub.


Tesla səhmdarları hesab edirlər ki, şirkətin kapitallaşmasının azalmasının əsas səbəbi Maskın mikrobloq xidməti almasıdır. Bu həftə Mask Twitter-də fəaliyyətini davam etdirməsi ilə bağlı sorğu təşkil etmişdi. 17,5 milyon istifadəçi (səs verənlərin 58%-i) onun baş direktor vəzifəsindən getməsinin lehinə olub. Mask isə layiqli varis tapan kimi bunu edəcəyinə söz verib.



O, bəzi şərhlərə də cavab verərkən: “Bu, bir CEO tapmaq deyil, Twitter-i yaşada biləcək bir CEO tapmaqdır" yazıb, əlavə etmişdi ki, hələlik heç kim bu işə başlamaq istəmir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...