40 il əvvəl Argentinadan Fransaya qaçıb - Tapıldı və həbs edildi

40 il əvvəl Argentinadan Fransaya qaçıb - Tapıldı və həbs edildi

Argentina məhkəməsi qırx il əvvəl xunta dövründə məşhur işgəncə mərkəzində işləyən keçmiş polis Mario Sandovalı 15 il həbs cəzasına məhkum edib.


Sfera.az “BBC”-yə istinadən bildirir ki, 69 yaşlı argentinalı 1976-cı ildə itkin düşmüş və öldüyü elan edilən 24 yaşlı memarlıq tələbəsi Hernan Abriatanı oğurlamaqda və ona işgəncə verməkdə günahkar bilinib.



1976-1983-cü illərdə Argentinada hərbi diktatura dövründə Sandoval ölkədəki ən qəddar cəlladlardan biri hesab olunub. Sağ qalan məhbuslar bildiriblər ki, o, insanları çarpayıların metal çərçivələrinə bağlayıb elektrik cərəyanı ilə işgəncə verməkdən həzz alıb.
Buna görə ona “Churrasco" ("Barbekü") ləqəbi verilib.



Xuntanın devrilməsindən iki il sonra, 1985-ci ildə polis Mario Sandoval ölkədən qaçaraq Fransaya gedib. 1997-ci ildə Fransa vətəndaşlığını alıb, akademik olub və universitetlərdə işləyib. Xüsusilə, 1999-2005-ci illərdə Sorbonna Latın Amerikası Araşdırmaları İnstitutunda eksternal mühazirəçi kimi dərs deyib. O, həmçinin “Paris-Est-Marne-la-Valle” Universitetində mühazirə deyib.



Lakin 2019-cu ilin dekabrında Fransa argentinalını vətəninə ekstradisiya edib.



Sandoval hərbi idarə altında yüzlərlə solçu fəalın yoxa çıxmasında və işgəncələrdə iştirak etməkdə ittiham olunur. Bununla belə, məhkəmədə yalnız bir işə baxılıb. O, 1976-cı ildə hərbçilər tərəfindən Argentinanın ESMA abbreviaturası ilə tanınan ən böyük gizli həbsxanasına göndərilmiş Hernan Abriatanın işi üzrə təqsirli bilinib. Mario Sandoval Hernan Abriatanı oğurlamaqda və zorakılıq etməkdə ittiham olunur. Sandovalın Argentinaya ekstradisiyasını tələb edən də Hernanın anası olub.



Müxtəlif hesablamalara görə, xunta dövründə hərbi rejimə qarşı çıxan beş mindən çox argentinalı bu həbsxanaya gətirilib. Bunlardan yalnız yüzə yaxını sağ qalıb.



Məhkumlar dindirilib və işgəncələrə məruz qalıb. Bir çox insanı narkotika içirdərək təyyarələrdən dənizə atıblar.



Xatırladaq ki, dekabrın 20-də Almaniya məhkəməsi də Ştuttof konsentrasiya düşərgəsinin 97 yaşlı keçmiş əməkdaşı İrmqard Furçneri iki il şərti cəzaya məhkum edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...