Logo

“Zelenski bilməlidir ki...” – İran XİN-dən qəzəbli açıqlama

“Zelenski bilməlidir ki...” – İran XİN-dən qəzəbli açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində Tehranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi barədə bəyanatlarına sərt cavab verib.

Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İranlı diplomat bəyan edib ki, Tehran münaqişə tərəflərindən heç birinə hərbi yardım göstərməyib və İran tərəfi Zelenskinin Konqresdə İrana qarşı dəfələrlə səsləndirdiyi ittihamları və sərt bəyanatlarını pisləyir.

“Zelenski bilməlidir ki, İranın bu cür əsassız ittihamlara qarşı səbri sonsuz deyil”, - deyə Kənani bildirib.

O, həmçinin Ukrayna liderinə ABŞ-ın dəstəyindən bəhrələnən siyasətçilərin taleyini xatırlamağı və “bundan dərs almağı” tövsiyə edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR