Fələstin lideri də dəfndə iştirak edəcək
Kateqoriya məlum deyil
Fələstin prezidenti Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Tel-Əvivə səfər edəcək.
Sfera.az xəbər verir ki, "Reuters” xəbər agentliyi Fələstin hökumətinə istinadən məlumat yayıb.
Qeyd edək, Tel-Əvivdə sentyabrın 27-də 94 yaşında vəfat etmiş Şimon Pereslə vida mərasimi keçirilir. Vida mərasiminə bir çox ölkələrin liderləri qatılıb.






