Logo

ABŞ Ukraynaya "Patriot"un ilk transferini REALLAŞDIRACAQ

ABŞ Ukraynaya "Patriot"un ilk transferini REALLAŞDIRACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zelenskinin Vaşinqtona səfəri zamanı ABŞ-nin Ukraynaya hərbi yardım çərçivəsində 1,85 milyard dollar verəcəyi təsdiqlənib.

Sfera.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken yardımın "Patriot" hava hücumundan müdafiə sisteminin ilk transferini əhatə edəcəyini bildirib.

Blinken sözügedən sistemin əvvəlki hava müdafiə sistemləri ilə müqayisədə qanadlı raketləri, qısamənzilli ballistik raketləri və təyyarələri daha yüksək tavanda vurmağa qadir olduğunu əlavə edib.

Sistem Rusiyanın Ukraynadakı elektrik stansiyaları kimi mülki infrastrukturu hədəf alan və ölkə daxilində elektrikin kütləvi kəsilməsi ilə nəticələnən hava hücumlarınadan qorumaq üçün istifadə olunacaq.

Nəzrin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR