Surovikin müharibədə dönüş yaratmaq istəyir – Rusiyanın yeni hücum planı

Surovikin müharibədə dönüş yaratmaq istəyir – Rusiyanın yeni hücum planı

Sergey Surovikin Ukraynaya hücum planı hazırlayır.

Sfera.az bildirir ki, bu barədə “Bloomberg”in köşə yazarı Hal Brands yazıb. Məqalədə iddia edilib ki, Rusiya 2023-cü ildə Ukraynaya qarşı yeni hücumlara başlaya bilər.

 

“Ruslar Sergey Surovikinin komandanlığı altında müdafiə hazırlayır və sıralarını yeni çağırışçılarla artırır. Moskva yeni ildə hücumlara başlaya bilər. Ukrayna qırıcıları isə hazırda zəif təchiz olunub. Bu isə xüsusilə qışda kritik vəziyyət yaradacaq”, deyə müəllif məqalədə qeyd edib.

 

Bundan əvvəl Surovikinin Ukrayna ərazisində xüsusi əməliyyat keçirmək taktikasını dəyişdiyi bildirilib. Məlumata görə, general müdafiə xətlərini gücləndirib və qoşunlar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırıb. “Vaqner qrupu”nun rəhbəri Yevgeni Priqojin isə Surovikinin xüsusi əməliyyatla bağlı qərarlarını dəstəkləyib.

 

Qeyd edək ki, ötən günlərdə politoloq Yevgeni Minçenko da Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatın gedişində irimiqyaslı plan hazırladığını söyləmişdi. Onun sözlərinə görə, Sergey Surovikin münaqişənin inkişafı istiqamətində ciddi addım atacaq. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...