Bukingem Sarayının darvazaları qarşısında yanğın törədildi - VİDEO

Bukingem Sarayının darvazaları qarşısında yanğın törədildi - VİDEO

London polisi Bukingem sarayının qapılarında kiçik yanğın törədən 30 yaşlı kişini həbs edib.
 

Sfera.az “The Sun”a istinadən xəbər verir ki, hazırda saxlanılan şəxsin əməlinin motivləri araşdırılır.
 

Videoda saxlanılan şəxsi iki hüquq-mühafizə orqanı əməkdaşı yerə yıxıb, sonra isə həbs etdiyi görünür. Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yanğın törədən şübhəli şəxs barədə məlumat verdikdən bir neçə saniyə sonra hadisə yerinə gəliblər.
 

"Dekabrın 20-də saat 22:08-dən qısa müddət sonra, Bukingem Sarayının darvazalarında kiçik yanğın görünüb. 30 yaşlı kişi cinayət törətməkdə şübhəli bilinərək həbs edilib və nəzarətə alınıb. Yanğın söndürülüb”- London polisinin sözçüsü bildirib.
 

Qeyd edək ki, bu Bukingem sarayında bu il baş verən ilk hadisə deyil. May ayında 24 yaşlı amerikalı turist Cozef Huanq Kanq keçən il dekabrın 10-da günorta saatlarında hasardan tövləyə tullanmışdı. O, 200 funt sterlinq məbləğində cərimələnmişdi. Turist kraliça ilə görüş tələb edib. Keçən il isə sarayın kənarında baltalı bir adam görünüb və altı silahlı zabit tərəfindən həbs edilib.
 

Keçən ilin may ayında isə 44 yaşlı Cameron Kalani səhər saatlarında Bukingem Sarayının hasarını aşaraq bağçaya daxil olub. O, çantasında 20 santimetrlik mətbəx bıçağı və kokainlə yaxalanıb.
 

Xatırladaq ki, Kral III Çarlz və həyat yoldaşı Kamilla dəfələrlə Bukingem Sarayına köçmək istəmədiyini bildiriblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...