“Putinin aşpazı” “Qanuni oğru”larla danışıqlara başladı - SƏBƏB
Dünya
16:24 / 21.12.2022
8855
"Putinin aşpazı” kimi tanınan “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiyanın “qanuni oğru”larını Ukraynaya qarşı müharibəyə səsləyib.
Sfera.az xəbər verir ki, bundan əvvəl də Priqojin həbsxanalara gedərək məhkumları Ukrayna ilə müharibəyə təşviq edib. Onun müharibəyə cəlb etdiyi məhbusların fərarilikləri barədə dəfələrlə məlumat yayılıb.
İndi isə Yevgeni Priqojin ölkənin kriminal aləminin ən yüksək kastasının nümayəndələri – “qanun oğrular”la danışıqlar aparmağa çalışır. Cəbhəyə məhbusların cəlb edilməsində öz rolunu gizlətməyən iş adamı məhbuslardan ibarət bölmələrdə nizam-intizamla bağlı “avtoritetlər”dən yardım istəyib.
Nəzrin