Lukaşenkonun Ukraynaya qarşı müharibəyə girməsi rejim üçün intihar olar - Ukrayna Müdafiə naziri

Lukaşenkonun Ukraynaya qarşı müharibəyə girməsi rejim üçün intihar olar - Ukrayna Müdafiə naziri

Aleksandr Lukaşenko Ukraynaya qarşı genişmiqyaslı müharibəyə girməyə hazır deyil. Belə bir qərar onun rejimi üçün intihar olardı.



Sfera.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.



Bununla belə, o qeyd edib ki, Belarus Rusiya ordusu üçün silah, texnika və sursatla yardım edir.



“Quru əməliyyatında tam miqyaslı iştiraka gəlincə: biz Lukaşenka rejiminin bu addımı atmağa hazır olduğunu görmürük, amma fərqli xarakterli yardım - silah, texnika, ağır texnika və sursat - bəli, Lukaşenko buna hazırdır və belə yardımlar edir”-deyə Yusov bildirib.



Kəşfiyyat nümayəndəsi onu da qeyd edib ki, Aleksandr Lukaşenko Belarus ərazisini rusların təlimi və poliqon kimi verməyə də hazırdır.



Andrey Yusov hesab edir ki, Minskin Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsinin səbəblərindən biri də bunu Belarus hərbçilərinin istəməməsidir. Belə bir qərar qəbul ediləcəyi təqdirdə, belarus hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinə təslim olmaq niyyətində olduqlarını bildiriblər.



Xatırladaq ki, dekabrın 20-də Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev Belarusdan hərbi təhlükənin səviyyəsinin artdığını bildirmişdi. Onun sözlərinə görə, Baş Qərargah cavab vermək üçün bütün lazımi tədbirləri görür.
 

Ekspertlərin fikrincə isə Putin Belarus lideri ilə danışıqlardan fərqli nəticə əldə etmək istəyirdi. Analitiklərkeçirilən görüşdə Lukaşenkonun Putinin Ukraynaya qarşı müharibəyə qatılmaq təklifindən imtina etməsinin mümkünlüyünü dilə gətiriblər.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...