Naməlum maskalı şəxslər Finlandiya səfirliyinə hücum ediblər - VİDEO

Naməlum maskalı şəxslər Finlandiya səfirliyinə hücum ediblər - VİDEO

Bu gün Moskvada maskalı bir qrup gənc Finlandiya səfirliyinin binasına çəkic atıblar.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, bəzi mənbələr hadisəni Rusiyanın Finlandiyadakı diplomatik qurumlarına qarşı “təxribatlara” cavab adlandırıb.



Qeyd edək ki, son vaxtlar Rusiyada çəkic bir qorxutma simvolu kimi istifadə olunur. Finlandiya səfirliyindəki insident “Vaqner”rəhbəri Yevgeni Priqojinin qanlı çəkicin olduğu skripka qutusunu göstərməsindən sonra yaşanıb. Bu, Avropa Parlamentinin nümayəndələrinin “Vaqner qrupu”nu terror təşkilatları siyahısına daxil etmək niyyətini bəyan etməsindən sonra baş verib.


Finlandiya səfirliyində keçirilən aksiyadan əvvəl Finlandiya prezidenti Saule Niinista da bəyanat verib. Fransalı həmkarı Emmanuel Makronun Rusiyanın təhlükəsizliyinə təminat verilməsinə ehtiyac olduğunu söylədikdən sonra Niiniste bildirib ki, Rusiyanın özünün qonşularına təhlükəsizlik zəmanəti lazımdır.



Onun sözlərinə görə, əgər Rusiya qonşularına hər hansı təhlükəsizlik zəmanəti verə bilsə, o zaman ona müvafiq təminat veriləcək.



Finlandiya liderinin dediklərini Litva prezidenti Gitanas Nauseda da təsdiqləyib. Onun fikrincə, təhlükəsizlik zəmanəti verməli olan tərəf Kremldir.



Xatırladaq ki, Polşa prezidenti Anjey Duda NATO-nun Ukraynaya etdiklərini Rusiyaya etməyəcəyini bildirib. Bu, Polşa prezidentinin Emmanuel Makrona cavabı olub.



Xatırladaq ki, Finlandiya vətəndaşları referendum keçirdib və Rusiyanın baş konsulunun binasındakı dayanacağı “ilhaq etdiyini” bildirmişdi. Rusiyalı diplomat Pyotr Plixini evinin qarşısında boyanmış Ukrayna bayrağı onu qəzəbləndirsə də, yerli hakimiyyət boyanı yumaqdan imtina edib.



Hadisə bu ilin oktyabrında yaşanmışdı. Finlandiyada fəallar Ukraynada keçirilən saxta referendumlara qarşı etiraz aksiyaları keçirib və Rusiya konsulu Petr Plikhinin parkinq yerini “ilhaq etmişdilər”.


Turku şəhərində vətəndaşlar Rusiyanın baş konsulu Petr Plixinin ona diplomatik fəaliyyəti üçün ayrılmış mənzilinin qarşısındakı dayanacaqda “Ukraynaya birləşmək”lə bağlı “referendum” keçiriblər. Gənclər Rusiya nümayəndəliyinin qarşısındakı asfaltın üzərinə Ukrayna bayrağını simvolizə edən mavi və sarı zolaqlar çəkiblər. Plixinin cəhdlərinə baxmayaraq, yerli rəsmilər boyaları silməkdən imtina etmişdilər. Fəallardan Markus Mattsson isə Facebookda:



“Finlərin Ukraynaya dəstəyini söz və əməllə nümayiş etdirməsi vacibdir və hesab edirəm ki, bu kontekstdə zorakılıqsız vətəndaş itaətsizliyi məqbuldur”-yazıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...