Logo

ABŞ-ın Ukraynaya ayıracağı 126 milyonluq yardım müzakirələrə səbəb oldu

ABŞ-ın Ukraynaya ayıracağı 126 milyonluq yardım müzakirələrə səbəb oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın 2023-cü ildə Ukraynaya 126,3 milyon dollar ayırmaq qərarı sosial mediada müzakirələrə səbəb olub.

Sfera.az bildirir ki, müzakirələrə səbəb isə yardımın təyinatıdır.

Belə ki, ABŞ-ın 2023-cü maliyyə ili üçün federal büdcə layihəsində sözügedən vəsaitin Ukrayna ərazisində nüvə təhlükəsinə qarşı ayrılmasının qeyd edilməsidir. Bu barədə ABŞ Senatının büdcə ayırmaları komitəsinin saytında dərc edilmiş sənəddə bildirilib. Qeyd olunub ki, müvafiq məbləğ  nüvə silahının yayılmaması proqramına dəstək üçün ayrılacaq.

Xatırladaq ki, ABŞ Konqresinə 2023-cü maliyyə ili üçün hökumətin maliyyələşdirilməsi ilə bağlı  1,7 trilyon dollar məbləğində qanun layihəsi təqdim edilib. Qanuna əsasən, Kiyevə və ABŞ-ın NATO müttəfiqlərinə 44,9 milyard dollar yeni təcili yardım ayrılacaq.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR