“O ki qaldı KTMT-nin Ermənistanı tərk etməsinə...” - Stanislav Zas

“O ki qaldı KTMT-nin Ermənistanı tərk etməsinə...” - Stanislav Zas

“Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsi hazırlanıb”.

Sfera.az bildirir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib. 

 

“Müvafiq təftişdən sonra biz iki çox mühüm tamamlayıcı sənədin qəbuluna nail olacağıq - Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi haqqında qərarları və KTMT Xarici İşlər Nazirləri Şurasının Cənubi Qafqaz regionunda sülhə nail olmaq səylərini dəstəkləmək üçün bəyanatları”.

 

Zas çıxışı zamanı Kollektiv Təhlükəsizlik Şurasının noyabrın sonunda İrəvanda keçirilən sessiyasını uğursuz hesab etmədiyini bildirib.

 

“İrəvandakı sessiya başa çatdıqdan sonra bəzi mənbələrdə sessiyanın guya uğursuzluqla, demək olar ki, hansısa bir çöküşlə nəticələndiyi barədə məlumatları oxuyanda təəccübləndim. Mən bununla qəti şəkildə razı deyiləm. Normal iş mühiti var idi, dövlət başçıları tərəfindən çox mühüm qərarların tam siyahısı qəbul edildi. Ona görə də ən azı hansısa uğursuzluqdan danışmaq yersizdir”, - deyə o vurğulayıb.

 

Onun sözlərinə görə, KTMT Ermənistandan üz döndərmək fikrində deyil: “O ki qaldı KTMT-nin Ermənistanı tərk etmək və ya hansısa yolla ondan üz döndərmək niyyətlərinə, təbii ki, bu olmayacaq”.

 

Zas qeyd edib ki, 2022-ci ildə təşkilata üzv dövlətlərin başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün üç dəfə görüşüblər: “KTMT-nin Ermənistana müşahidə missiyasının göndərilməsi ilə bağlı təklifləri qüvvədə qalır, bunu kifayət qədər tez təşkil etmək olar”.

 

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında KTMT-nin Bəyannaməsi” layihəsini imzalamayıb.  Paşinyan bunu bəyannamənin natamamlığı, orada “vəziyyətə aydın siyasi qiymət verilməməsi” ilə izah edib. Eyni zamanda o, KTMT Şurası çərçivəsində aparılan danışıqları ədalətli, müsbət və açıq adlandırıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...