“Krım uğrunda əməliyyat başlayanda eşidəcəksiniz...” – Zelenksidən “yayda orada olacam” açıqlaması
Ukrayna prezidenti Volodimir Zelenski son günlər müzakirə mövzusuna çevrilmiş Krım məsələsi ilə bağlı danışıb.
Sfera.az bildirir ki, o, Fransa telekanalına açıqlamasında xalqın şüurunda Krımın artıq azad edildiyini vurğulayıb.
“Əməliyyatın özü hələ başlamayıb. Bu, baş verəndə eşidəcəksiniz. Yenidən fəth etmək həmişə cəmiyyətdən, arzu və hazırlıqdan başlayır. Bizim qətiyyətimiz və iradəmiz artıq oradadır. Heç kim yarımadadan imtina etməyəcək”, deyə Zelenski deyib.
O, həmçinin, bir daha təkrar edib ki, Kiyev Krımı öz ərazisi hesab edir və hərbçilər onu zorla qaytarmaq üçün yarımadaya getməyə hazırdır, çünki Moskva Krımı könüllü qaytarmayacaq.
Zelenski təklif edilən əməliyyatın vaxtı ilə bağlı heç bir təfərrüat açıqlamayıb, lakin Krımı sevdiyini və işğaldan azad edilmiş yarımadaya getməkdən şad olacağını bildirib. Ölkə başçısı əlavə edib ki, 2023-cü ilin yayında orada olmaq yaxşı olacaq.
Zelenski eyni zamanda, yarımadanın geri alınmasından sonra ilk növbədə dənizi görmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Zelenskinin həyat yoldaşı Yelenanın Krımda mənzili var. Əmlak hələ 2013-cü ildə -yarımada Rusiyaya birləşdirilməzdən əvvəl alınıb.
Günay Rəsulqızı