Logo

Rusiya İran PUA-larından niyə gecə istifadə edir? – Ekspertin ŞƏRHİ

Rusiya İran PUA-larından niyə gecə istifadə edir? – Ekspertin ŞƏRHİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya İran dronlarından istifadə etməklə Ukraynaya qarşı hücumıları əsasən gecə saatlarında həyata keçirir.

Sfera.az xəbər verir ki, son hücum da gecə vaxtı həyata keçirilib.

Dekabrın 18-dən 19-na keçən gecə Rusiya İran istehsalı olan 35-ə yaxın pilotsuz uçan aparatla (PUA) Ukrayna ərazisindəki obyektlərə zərbə endirmək istəyib. UNİAN-ın məlumatına əsasən, onlardan 30-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hücum zamanı cəmi 2 nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının rəsmisi Yuri İqnat bildirib ki, raket və döyüş təyyarələrindən fərqli olaraq PUA-ları radar sistemləri vasitəsilə aşkarlamaq çətindir.

O, buna görə də PUA-ların, xüsusən də kiçik ölçülü aparatların aşkarlanması üçün onalrın gözlə görünməsinin vacib olduğunu söyləyib. İqnat deyib ki, bu texniki xüsusiyyətinə görə Rusiya İran PUA-larından gecə vaxtı istifadə etməyə başlayıbr.

Bununla belə İqnat xüsusi işıqlandırma vasitələrinin köməyi ilə PUA-ların aşkarlandığını və əksəriyyətinin məhv edildiyini söyləyib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR