Rusiyaya casusluq Yunanistan vətəndaşı Avstriyada saxlanıldı

Rusiyaya casusluq Yunanistan vətəndaşı Avstriyada saxlanıldı

Avstriya Daxili İşlər Nazirliyinin COBRA xüsusi əməliyyat qrupu 39 yaşlı Yunanıstan vətəndaşını Rusiyaya casusluq etməkdə şübhəli bilərək saxlayıb.

Sfera.az xəbər verir ki, şübhəli Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Almaniya və Avstriyada diplomat kimi xidmət etmiş keçmiş zabitinin oğludur.

 

Məlumata görə, COBRA əməkdaşları Rusiya əsilli Yunanıstan vətəndaşını saxlayıb və onun Vyana ətrafında yerləşən evində axtarış aparıblar.

 

Avstriyanın İctimai Təhlükəsizlik Baş İdarəsi saxlanılan şəxsin müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə əlaqəsini qeydə alıb. O, dövlət sirrini açıqlamaqda da şübhəli bilinir. Onun evindən dinləmə cihazları, bir neçə mobil telefon, noutbuk və planşetlərin tapıldığı da bildirilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR