Kiyevin mərkəzində yolka quraşdırıldı
Kateqoriya məlum deyil
Ukraynanın paytaxtı Kiyevdə qarşıdan gələn 25 dekabr Milad və Yeni il şənlikləri üçün 12 metr hündürlüyündə süni yolka quraşdırılıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Onun sözlərinə görə, ağacın aşağı hissəsi Ukraynanı dəstəkləyən ölkələrin bayraqları ilə bəzədiləcək.






