“Bu, ABŞ-nın Rusiyaya müharibə elanıdır” – Con Kirbinin açıqlamasına Rusiyadan etiraz

“Bu, ABŞ-nın Rusiyaya müharibə elanıdır” – Con Kirbinin açıqlamasına Rusiyadan etiraz

“Vaşinqton Ukraynanın Krımda hərbi əməliyyatlar keçirmək hüququnu tanıyır”.

Sfera.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ötən axşam brifinq zamanı deyib.

 

“Krım Ukraynadır. Ukraynalıların isə öz ölkəsi daxilində əməliyyatları harada, necə, hansı tempdə, hansı miqyasda və hansı müddətdə həyata keçirəcəklərinə qərar vermək hüququ var”.

 

Rusiya Federasiyasının Prezidenti yanında Krımın daimi nümayəndəsi Georgi Muradov isə “RİA Novosti”yə açıqlamasında sözügedən çıxışı Rusiyaya qarşı “müharibə elanı” kimi qiymətləndirib.

 

“Kirbinin Krımla bağlı bəyanatı ABŞ-ın Rusiyaya müharibə elanıdır. ABŞ Almaniyanın birinci kansleri Otto fon Bismarkın “Rusiyaya toxunmamaq” çağırışını unutmamalıdır”.

 

Qeyd edək ki, Krım 2014-cü ildə referendumdan sonra Rusiyanın tərkibinə daxil olub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...