“Bəziləri məni danışıqlar masasına əyləşdirmək istəyir...” - Zelenski
Zelenski Moskva ilə danışıqlar masasına oturmağa çağırıldığını etiraf edib.
Sfera.az bildirir ki, bu barədə Ukrayna lideri Fransanın “LCI” telekanalına müsahibəsində söyləyib.
“Bəziləri məni danışıqlar masası arxasına əyləşməyə çağırır, amma danışıq üçün heç bir mövzu görmürəm”, - deyə Zelenski bildirib.
O, həmçinin, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında dialoqu faydalı hesab etmədiyini əlavə edib. "Bunun nəticə verəcəyini düşünmürəm".
Digər tərəfdən Makron dəfələrlə Putinlə dialoq imkanlarını saxladığını, xüsusən də onunla Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini müzakirə etməyi gözlədiyini bəyan edib. Məlumata görə, Fransa prezidenti qarşıdakı günləri və həftələri bu səylərə həsr etmək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Zelenski Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılmasını münaqişəyə son qoymağın yeganə yolu hesab etdiyini, yalnız bundan sonra diplomatların işə başlaya biləcəyini demişdi.
Günay Rəsulqızı