Bosniya və Herseqovina Aİ üzvlüyünə namizəd olub - Rusiya təhdid etdi
Dekabrın 15-də keçirilən Aİ sammiti Bosniya və Herseqovinanın Aİ üzvlüyünə namizəd statusunun verilməsini təsdiqləyib.
Sfera.az bildirir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi Twitter səhifəsində məlumat verib.
“Avropa Şurasının Bosniya və Herseqovinaya namizəd statusu verilməsi qərarını alqışlayıram”-deyə o əlavə edib.
Ölkənin Aİ-yə namizəd statusu alması barədə məlumatı Avropa İttifaqı Şurasının prezidentinin nümayəndəsi Barend Leyts də təsdiqləyib.
O da öz növbəsində Twitter hesabında “Bosniya və Herseqovina üçün namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib” yazıb.
Qeyd edək ki, dekabrın 13-də “Frans Press” agentliyi öz mənbələrinə istinadən Aİ-nin Bosniya və Herseqovinaya üzvlüyə namizəd statusunun verilməsinə razılıq verdiyi barədə məlumat yayıb.
Bundan əlavə, Bosniya və Herseqovinanın statusu ilə bağlı qərarın açıqlanmasından bir neçə saat əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell ölkənin namizəd statusu alacağını bildirib.
Bosniya və Herseqovina Cənub-Şərqi Avropada Balkan yarımadasında yerləşən dövlətdir. Şimalda, qərbdə və cənubda Xorvatiya, şərqdə Serbiya, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Cənub-qərbdə Adriatik dənizinə çıxışı var (sahil xətti təxminən 20 km). Rəsmi dillər: Bosniya, Serb və Xorvat. Paytaxtı Sarayevo şəhəridir. 2016-cı ilin fevralında ölkə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya səfiri Bosniya və Herseqovinanı NATO-ya daxil olacağı təqdirdə Ukrayna nümunəsi ilə hədələmişdi. Onun sözlərinə görə, Bosniya və Herseqovinanın istənilən bloklara daxil olması sırf dövlətin daxili işidir, lakin Rusiya təhdidlərə reaksiya verəcək.
Xanım