İran iki yeniyetməni edam edəcək - FOTO
İranda iki yeniyetmə ölüm cəzasına məhkum ediləcək: 17 yaşlı Sonia Şərifi və 15 yaşlı Əmir Hüseyn Rəhimi.
Sfera.az bildirir ki, 15 yaşlı Əmir breket taxdığına görə həbs edilib.
Təhlükəsizlik qüvvələrinin sözlərinə görə, bu yolla oğlan itaətsizlik nümayiş etdirib.
Yeniyetmə oktyabrın 14-dən həbsdədir. Saxlanılan zaman Əmir güllə yarası da alıb. Uşağın qulaq pərdəsi partlayıb, güllə bədəninə keçib. Yeniyetmənin anası oğluna lazımi tibbi yardım göstərilməməsindən şikayətlənir.
O, Əmirin 11,5 min avroluq girovla çıxa biləcəyini söyləyib. Ancaq ailənin o qədər pulu yoxdur. Buna görə də, oğlan öz ad gününü həbsdə qeyd etməli olub.
Sonia Şərifi də iki aydır həbsdədir. Dekabrın 15-də o, "Allaha qarşı müharibə" ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bütün bunlar sadəcə yeniyetmənin kütləvi etirazlarda iştirak etməsi ilə bağlıdır.
Xatırladaq ki, İranın din xadimlərinə qarşı etirazlar iki ay əvvəl hicab taxmağın sərt qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb. 140 şəhər və qəsəbədə kütləvi iğtişaşlar başlayıb.
İranın insan haqları agentliyi “HRANA” təhlükəsizlik qüvvələrinin vəhşicəsinə basqıları nəticəsində 52-si uşaq olmaqla 341 etirazçının öldürüldüyünü bildirib. Ümumilikdə 15.820 nəfər saxlanılıb, 39 təhlükəsizlik əməkdaşının öldürülüb.
Ədliyyə orqanlarının məlumatına görə, artıq 2000-dən çox insan iğtişaşları dəstəkləməkdə ittiham olunub.
Xatırladaq ki, bu yaxınlarda İranda etiraz aksiyalarının daha bir iştirakçısı xalq qarşısında edam edilib. 23 yaşlı Məcid Rza Rəhnavərd edam edilərək yerli qəbiristanlıqda dəfn edilib.
Təkcə son həftələrdə isə İranda 16 və 17 yaşlı iki qız vitse polisin qurbanı olub. Videoblogger Sarina Esmailzadə başına dəyənəklə vurulan zərbələrdən dünyasını dəyişib, Nika Şakarami isə təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa nail olub.
Aysel