Növbəti Çin malı - Dünyanın ilk metanla işləyən raketi uğursuz buraxıldı

Növbəti Çin malı - Dünyanın ilk metanla işləyən raketi uğursuz buraxıldı

Dekabrın 14-də Çinin Ciuquan kosmodromundan dünyada metanla işləyən ilk maye yanacaq raketi buraxılıb. Lakin buraxılış plana uyğun getməyib və göyərtəsində olan 14 peykin hamısı kosmosa çatmadı.

 

Sfera.az bildirir ki, bu barədə NASA-nın rəsmi mənbələrindən sayılan “Space” məlumat verib.
 

Çin Kosmik Agentliyindən bu haqda hələ rəsmi açıqlamalar olmasa da, müxtəlif mənbələrdən beynəlxalq adı "Zhuque-2" olan raketin uğursuzluqla nəticələndiyi bildirilir. Bu dünyada metan yanacağı ilə işləyən ilk maye yanacaq və Çinin ilk özəl maye daşıyıcı raketinin buraxılışı olub.


“Zhuque-2” raketi Pekinin “Landspace” özəl şirkəti tərəfindən hazırlanıb. Ona böyük ümidlər bəslənilsə də, orbitə çıxa bilməyib və göyərtəsində olan 14 peykin hamısını itirib. “Landspace”in bəyanatına əsasən, raketin ikinci mərhələ mühərrikində problemlər yaranıb. Bu da tarixi uçuşun uğursuzluğuna səbəb olub. İndi ekspertlər nasazlığın səbəbini öyrənməyə çalışırlar.

Açıklama yok.

“Juque-2” raketinin uğursuz buraxılmasından qısa müddət sonra İnternetdə videolar yerləşdirilib. Ona görə belə qənaətə gəlmək olar ki, həqiqətən raketin ikinci mərhələsindəki nasazlıq onun orbitə çıxmasına və peykləri oraya çatdırmasına mane olub. Məsələn, raket daşıyıcısının buraxılışını əks etdirən videoda raketin birinci pilləsinin yaxşı işlədiyini, lakin təxminən 5 dəqiqəlik uçuşdan sonra yüksəklikdə və sürətdə ciddi itkilər olduğunu görmək olar.

Hazırda “Landspace” artıq ikinci belə raketin yaradılması üzərində işləyir, lakin onun kosmosa nə vaxt uçacağı hələ məlum deyil. “Zhuque-2” raketinin özünün hündürlüyü təxminən 50 metr, çəkisi isə 200 tondan çoxdur. O, 200-dən 500 km-ə qədər yüksəklikdə 4-6 tona qədər çəkisi olan yükləri orbitə çıxarmaq üçün nəzərdə tutulub.


Metana isə daha səmərəli raket yanacağı hesab olunur. Onun istehsalı daha asan, ucuz və ekoloji cəhətdən təmizdir. Eyni zamandq metan maye mühərriki daha az yanacaq sərf etnəklə, daha çox yük daşıya bilir.


“Zhuque-2” raketinin buraxılışının uğursuz olmasına baxmayaraq, Çin hələ də kosmosun tədqiqində böyük irəliləyiş göstərir. Bu il ölkə artıq həm dövlət, həm də özəl raketlərin 60-a yaxın uğurlu buraxılışı həyata keçirib. Çinin daha bir böyük uğurunu orbitdə Tianqonq kosmik stansiyasının tikintisinin başa çatması adlandırmaq olar.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...