Cənubi Sudan prezidenti dövlət himni səslənərkən həyəcandan özünü itirdi - VİDEO
Cənubi Sudan prezidenti Cuba-Terekeka avtomobil yolunun istifadəyə verilməsi mərasiminə qatılıb.
Sfera.az bildirir ki, canlı yayımlanan tədbirdə orkestrin çıxışı zamanı isə çox gülməli hadisə baş verib.
Cənubi Sudanın prezidenti, 71 yaşlı Salvatore Kiir Mayardit dövlət himni səslənərkən həyəcandan özünü itirib.
Dövlət başçısı Cuba (Cənubi Sudanın paytaxtı) - Terekek (Nil çayının qərb sahilində yerləşən şəhər) avtomobil yolunun istifadəyə verilməsi mərasiminə qatılıb.
Videoda siyasətçinin sol şalvarının ayağının islandığı əks olunub. Ətrafda məmurlar, hərbçilər dayanıb, amma heç kim prezidentə baxmır.
Görünür ki, Salva Kiir nə baş verdiyindən xəbərsizdir.
“O, problemi yalnız ən sonda hiss edib”- yayımlanan videonun müəllifləri belə qeyd ediblər.
Prezidentin yoldaşları bunu onun vətənpərvərliyinin təzahürü ilə əlaqələndirirlər. “Saxara Reportyorları” layihəsinin jurnalistləri Salva Kiirin himni və mərasimi yarımçıq kəsməmək üçün tualetə getmədiyini qeyd ediblər.
"Tədbir televiziyada canlı yayımlandığı üçün utancverici vəziyyəti düzəltmək üçün heç nə etmək mümkün olmayıb. Mayarditin sidik yollarının xəstəliyindən əziyyət çəkdiyi güman edilir"- deyə müxbirlər qeyd ediblər.
Sosial şəbəkə istifadəçiləri hadisəyə fərqli reaksiya veriblər. Bəziləri operatorları “çirkli işdə və prezidenti rüsvay etməkdə” ittiham edib, digərləri isə Mayarditin səhhətinə görə ölkəyə rəhbərlik edə bilmədiyini bildirib.
Qeyd edək ki, Salvatore Kiir Mayardit müstəqillik əldə etdikdən sonra Cənubi Sudanı idarə edir. Cənubi Sudan 2011-ci il yanvarın 9-dan 15-dək Sudandan ayrılmaq üzrə keçirilən referendumdan sonra yaranıb.
Aynil