Ərdoğan Putinə üçtərəfli görüş təklif etdi

Ərdoğan Putinə üçtərəfli görüş təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə  Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib.

Sfera.az bildirir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib. 

 

"Lakin bunun üçün əvvəlcə xüsusi xidmət orqanlarının nümayəndələri, daha sonra müdafiə nazirləri və xarici işlər nazirliklərinin rəhbərləri görüşməlidir. Bu müzakirələrin nəticələrinə əsasən, liderlərin görüşündən danışmaq mümkün olacaq.  Mən bunu Putinə təklif etdim və o, müsbət qarşıladı. Bu istiqamətdə bir sıra danışıqlar başlayacaq”, - Türkiyə lideri söyləyib.

 

Türkiyənin Suriyada quru əməliyyatı keçirmək planlarına toxunan Ərdoğan qeyd edib ki, rəsmi Ankara Rusiya, Türkiyə və Suriyanın birgə addımlarının tərəfdarıdır. O, bununla bağlı 2019-cu il Soçi memorandumunda əksini tapmış qərarı xatırladıb:

 

"Həll yolu sərhədlərimizin cənubunda 30 kilometrlik təhlükəsizlik dəhlizinin yaradılmasından keçir. Biz bunun üçün bütün lazımi addımları atacağıq. Burada yeni heç nə yoxdur, Astanada, daha sonra Soçidə müzakirə olunub. Eyni zamanda Suriya məsələsində Rusiya ilə koordinasiyamız da yeni bir şey deyil”.

 

Türkiyə lideri vurğulayıb ki, qonşu ölkə ərazisindən gələn terror təhlükəsi və Qərbin, əsasən də ABŞ-ın terror təşkilatlarına dəstək verməsi ilə bağlı Ankaranın səbri tükənib: “İlk növbədə ABŞ-a deyirik ki - orada fəaliyyət göstərən terror təşkilatlarına minlərlə yük maşını dolu silah, sursat və texnika göndərməyə davam etsəniz, özümüzü qorumaq üçün addımlar atacağıq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...