Logo

Saakaşvilinin məhkəməsi yenidən təxirə salındı

Saakaşvilinin məhkəməsi yenidən təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tiflis Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze eks-prezident Mixail Saakaşvilinin bir aylıq həbs müddətinin təxirə salınması ilə bağlı iclası dekabrın 22-dək təxirə salıb.

Sfera.az xəbər verir ki, növbəti məhkəmə iclası dekabrın 22-si saat 11:00-a təyin edilib.

Məlumata əsasən, dekabrın 21-i Saakaşvilinin doğum günü olduğundan hakim onun məhkəmə iclasını 22 dekabr tarixinə təyin edib.

Qeyd edək ki, Miail Saakaşviliyə bugünkü məhkəmə prosesində nə fiziki, nə də onlayn iştirak etmək imkanı verilməyib. Penitensiar xidmət onu onlayn prosesə cəlb etməkdən, “Vivamed” klinikası isə fiziki iştirakdan imtina edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR