Sonuncu Havay şahzadəsi 96 yaşında vəfat etdi

Sonuncu Havay şahzadəsi 96 yaşında vəfat etdi

Havay adalarının sonuncu şahzadəsi kimi tanınan Abigail Kinoiki Kekaulike Kawananakoa 97 yaşında vəfat edib.



Sfera.az bildirir ki, Şahzadə 69 yaşlı həyat yoldaşı Veronika Geyl Kavananakoa ilə birlikdə yaşadığı evində vəfat edib.


Onun ölümü rəsmi olaraq dekabrın 12-də Amerikada Havay monarxlarının məskunlaşdığı yeganə kral iqamətgahı olan İolani Sarayının qarşısında elan edilib. İndi həmin iqamətgah əsasən muzey kimi fəaliyyət göstərir.



Veronika açıqlamasında "Abiqail Havay adalarına və onun xalqına olan sevgisi ilə yadda qalacaq və mən onun üçün bütün qəlbimlə darıxacağam"-deyib.


Honoluluda anadan olan Kawananakoa nüfuzlu məktəb olan Punahouda təhsil alıb. O, həmçinin Şanxaydakı Amerika Məktəbində oxuyub və Kaliforniyanın Belmont şəhərindəki “Notre Dame Qızlar Liseyi”ni bitirib.



Qısa müddətə bir kişi ilə nişanlansa da, uzunmüddətli münasibətlərinin əksəriyyəti qadınlarla olub.



Uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Şahzadə Abiqail yerli Havay tələbələri üçün təqaüdlər başda olmaqla bir sıra mühüm işlərin maaliyələşdirilməsinə xidmət edib.



Mərhumun hobbilərindən biri də yarış atları yetişdirmək olub. O, 2018-ci ildə At Şöhrət Zalına qəbul edilib. Amerika At Assosiasiyası Abigailin müəssisənin tarixində aparıcı qadın at təlimçisi olduğunu qeyd edib.



Onun atlarından biri, “A Classic Dash” 1993-cü ildə Nyu Meksikoda All-American Futurity yarışında bir milyon dollar qazanıb.



Abiqailin rəsmi titulu yox idi, lakin Havay monarxiyasının canlı xatırladıcısı və krallığın 1893-cü ildə Amerika iş adamları tərəfindən devrilməsindən sonra sağ qalan Havay milli kimliyinin simvolu idi.


Kral ailəsinin heç bir titul iddiası olmayan digər qohumları da qaldığından, o sonuncu Havay şahzadəsi hesab olunurdu.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....