“Ukraynanı bərpa etmək üçün yüz milyardlarla avro lazımdır “- Dmitri Kuleba

Dünya
15:33 / 13.12.2022
11066
Ukraynanı bərpa etmək üçün yüz milyardlarla avro lazımdır.
Sfera.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Parisdə Ukraynaya yardıma dair beynəlxalq konfransda deyib.
Nazir fikirlərini bu cür ifadə edib: “Bərpa üçün konkret rəqəmlər söyləmək hələ tezdir, çünki münaqişə davam edir. Amma iki şey aydındır: bu məbləğ yüz milyardlarla olacaq və vəsaitin bir hissəsi Rusiyanın dondurulmuş aktivlərindən götürülməlidir”.
Fransa lideri Emmanuel Makron isə konfrans iştirakçılarının Ukraynaya “qışdan sağ çıxmağa” kömək etmək istədiyini vurğulayıb.
Günay Rəsulqızı