Belarusda ordunun qəfil yoxlanılmasına BAŞLANILDI - Lukaşenko TAPŞIRIQ VERDİ
Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə silahlı qüvvələrin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.
Sfera.az bildirir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurum həmçinin bəzi ümumi istifadədə olan avtomobil yollarında hərəkətə müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. “Bu müddət ərzində hərbi texnikanın və canlı qüvvənin yerdəyişməsi, bəzi ümumi istifadədə olan avtomobil yolları və relyef ərazilərində vətəndaşların hərəkətinin (nəqliyyatının) müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur. Qəfil yoxlama zamanı görülən tədbirlər hərtərəfli xarakter daşıyır. Qoşunlar ən qısa müddətdə təyin olunmuş ərazilərə irəliləməli, mühəndis texnikasını tətbiq etməli, mühafizə və müdafiəni təşkil etməli, həmçinin Neman və Berezina çayları üzərindən körpü keçidləri tikməli olacaqlar”, deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrda Belarus Silahlı Qüvvələrində döyüşə hazırlığın qəfil yoxlanılmasında 500 nəfərə yaxın şəxs və 50 hərbi texnika, o cümlədən mexanikləşdirilmiş və hava hücumu briqadaları iştirak edib.
Türkan