Cennifer Lopez və Ben Afflek sevgilərini göstərməkdən çəkinmir - FOTO

Cennifer Lopez və Ben Afflek sevgilərini göstərməkdən çəkinmir - FOTO

53 yaşlı amerikalı müğənni Cennifer Lopez və Oskar mükafatlı aktyor Ben Afflek rahat və dəbli görünüşlərdə görüşə çıxıblar.



Sfera.az xəbər verir ki, ulduzlar qəhvə içmək üçün çıxarkən paparazzilər onları çəkib.


Cey Lo trikotaj Valentino sviteri, boş qara şalvar və zamşa platformalı ayaqqabı seçib. Saçlarını hündür, səliqəli at quyruğu halında toplayan sənətçi aksesuarlardan sadə zinət əşyalarından başqa praktiki olaraq heç bir şey istifadə etməyib.


Bu arada, 50 yaşlı Ben Afflek gəzinti üçün plaid köynək, tünd cins şalvar və mavi Nike idman ayaqqabısı seçib.


Lopez və Ben Aflek Santa Monikada yerli “Starbucks”a gedib, qucaqlaşıb gülümsəyiblər.



Xatırladaq ki, 2022-ci ilin yayında ulduz cütlük münasibətlərdə təxminən iyirmi illik fasilədən sonra dəbdəbəli toy ediblər. 2021-ci ilin yazında Ben Afflek Aleks Rodrigezdən ayrıldıqdan sonra müğənniyə dəstək olub və beləliklə, onlar barışıblar.



2000-ci illərin əvvəllərində məşhurlar artıq münasibətlərini qanuniləşdirməyə hazır idilər, lakin son anda aktyor fikrini dəyişib və toy baş tutmayıb.

 

Aynil

 


 


OXŞAR XƏBƏRLƏR