“Putin bu generalın Kiyevi tutacağına inanır” - “The Telegraph” qəzeti

“Putin bu generalın Kiyevi tutacağına inanır” - “The Telegraph” qəzeti

“Sergey Surovikin Ukrayna üçün təhlükə vəd edir”.

Sfera.az bildirir ki, bu iddia ilə Britaniyanın “The Telegraph” qəzeti çıxış edib.

 

Qeyd olunub ki, Rusiya ordusunun komandanlığına gəldikdən sonra Surovikin orduda nizam-intizam yaradıb  və cəbhə xəttində sabitliyi təmin edib. Nəşr generalının təşkilatçılıq qabiliyyəti və sərt davranışlarını da vurğulayaraq, bunun onu Ukrayna Silahlı Qüvvələri üçün təhlükəli rəqibə çevirdiyini yazıb.

 

Qəzetin iddialarına görə, Rusiya prezidenti Vladimir Putini Ukraynanın enerji infrastrukturunu kütləvi atəşə tutmağa inandıran da Surovikin olub.

 

"O, yəqin ki, Kremlin indiyə qədər təyin etdiyi ən səriştəli komandirdir. Putin ondan mühüm hərbi uğur gözləyir", - The Telegraph yazıb.

 

Bəzi analitiklər isə Surovikinin fevralda Kiyevin “qapısında” olacağına inanırlar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...