Ermənistanda baş nazirin müavini İSTEFA VERDİ

Ermənistanda baş nazirin müavini İSTEFA VERDİ

Ermənistanda baş nazirin müavini Hambardzum Matevosyan istefa ərizəsini təqdim edib.

Sfer.az erməni mediasına istinadən bildirir ki, istefalar silsiləsi bununla yekunlaşmayıb. Belə ki, adıçəkilən ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bu gün öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə məlumatı təsdiqləyib.

 

Erməni mənbələri iddia edir ki, istefalar bundan sonra da davam edəcək. Bildirilir ki, hazırkı nazir müavini Janna Andreasyan Vahram Dumanyanı əvəzləyəcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR