Çinin son addımı İranı QƏZƏBLƏNDİRDİ: Tehranın alt-üst olan ümidləri...

Çinin son addımı İranı QƏZƏBLƏNDİRDİ: Tehranın alt-üst olan ümidləri...

Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına son səfərindən və tərəflərin danışıqlardan sonra verdiyi açıqlamalar İranı qəzəbləndirib. Belə ki, ərəb ölkələri və Çin liderləri yekun birgə sammitin bəyanatında üç ada məsələsinin sülh yolu ilə həllinə və İranın işğalına son qoymağa çağırıblar. Bu bəyanat Səudiyyə Ərəbistanı və Çin liderlərinin İrandan “ölkələrin daxili işlərinə qarışmaması”nı tələb etdikləri növbəti bəyanatdan dərhal sonra verilib.

Sözügedən proseslərdən sonra Çinin İrandakı səfiri Çanq Hua bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və  Fars körfəzindəki üç adanın (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) İrana aid olduğu bildirilib.

 

İran-Çin münasibətləri  bundan sonra necə inkişaf edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, İran hesab edirdi ki,  Çinin Səudiyyə Ərəbistanı və Fars körfəzində yerləşən digər ölkələrlə münasibətlərinin inkişaf etdirilməsi ABŞ-ın nüfuzunun getdikcə region ölkələrində azalması ilə nəticələnəcək, yaxud ən azından Çin-ABŞ münasibətlərində gərginliyi artıracaq:

 

“Amma son bəyanat Tehran rejiminin bütün ümidlərini alt-üst etdi. Hətta İran siyasətçilərinin proqnozlaşdırdıqlarına görə Çin-İran münasibətləri bu hadisədən sonra bir daha əvvəlki kimi müttəfiqlik ruhunda olmayacaq. Qeyd olunan bəyanatda İrana bir neçə bənd həsr olunub və bu bəndlərin hamısında İranın regiondakı oynadığı pozucu rol tənqid edilib. İranı ən çox qəzəbləndirən  isə Birləşmiş Ərəb Əmirliklərinə aid  olduğu iddia edilən üç adanın mənsubluğu  ilə bağlı müzakirələrin qeyd olunduğu bənddir. 1971-ci ildə Böyük Britaniya regiondan çıxandan sonra İran şahı bu adaları zor gücünə öz torpaqlarına qatıb və o zamandan bu vaxta qədər BƏƏ İranla bu məsələ ilə bağlı münaqişədədir. Sammitdəki yekun bəyanatda isə adaların BƏƏ-yə aid olduğunun öz əksini tapması və Si Cinpinin buradakı imzası İranı ciddi şəkildə narahat edib”.

 

Müsahibimiz bildirib ki, ruhani rejim Çin tərəfindən atılan bu addımı “arxadan vurulan zərbə” kimi qiymətləndirirlər:

 

“Hadisələrin inkişafı Çin-İran münasibətlərinin daha da pisləşməsinə doğru gedir. Belə olarsa, İran beynəlxalq arenada Çin kimi qlobal bir dövlətin yardımından məhrum olacaq. Bu isə İran üçün həqiqətən ciddi zərbədir”.

 

Qeyd edək ki, bu həftə Si Cinpin son altı ildə ilk dəfə Ər-Riyada səfər edib. O, "Çin - Ərəb dünyası" və "Çin - Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" adlı iki sammitdə iştirak edib. Birinci Çin-Ərəb Sammitinin yekun bəyanatında deyilir ki, ölkələr Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən suverenliyə, birliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əməl edirlər. İkinci sammitin yekun bəyanatında isə İranın nüvə proqramı, həmçinin Fars körfəzindəki mübahisəli üç ada ilə bağlı müddəalar yer alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...