Ukrayna növbəti PLANINI AÇIQLADI: “1991-ci il sərhədləri..”

Ukrayna növbəti PLANINI AÇIQLADI: “1991-ci il sərhədləri..”

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Kiyevin planlarını açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə ukraynalı nazir isveçli həmkarı Pol Yonsonla birgə mətbuat konfransında danışıb. O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri qoşunların hərəkətinə mane olan əlverişsiz hava şəraitinin sonuna qədər gözləyəcək:

 

“Şaxta başlayandan sonra Ukrayna Silahlı Qüvvələri hücuma keçməyi planlaşdırır. Düşünürəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Buna baxmayaraq Ukrayna Silahlı Qüvvələri dayanmağı düşünmür. Buna görə də zəmin möhkəmləndiyi andan etibarən əminəm ki, əks-hücumlarımızı davam etdirəcəyik”.

 

Reznikov əlavə edib ki, Ukraynanın planlarına ölkənin 1991-ci il sərhədlərinə qaytarılması da daxildir.

 

Qeyd edək ki, Rusiya-Ukrayna savaşında hava şəraitinə görə hərbi əməliyyatların gedişi səngiyib. Bununla bağlı ötən gün fikirlərini bölüşən Kremli sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya pis hava şəraiti fonunda xüsusi hərbi əməliyyat planlarını dəyişməyəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR