Hindistanın baş naziri Putinlə görüşü ləğv etdi

Hindistanın baş naziri Putinlə görüşü ləğv etdi

Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə bu il Rusiya-Hindistan sammiti çərçivəsində baş tutmalı olan təkbətək görüşü ləğv edib.
 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.



Ekspertlər öz mənbələrinə istinadən bildirib ki, Hindistanın baş nazirinin bu qərarı Putinin Ukraynaya qarşı nüvə silahından istifadə ilə bağlı hədələrindən sonra baş verib.


“Hindistan və Rusiya arasında əlaqələr möhkəm olaraq qalır, lakin bu mərhələdə dostluq nümayişi Modi üçün faydalı olmaya bilər”– adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildiriblər.

 

Qeyd edək ki, Hindistan və Rusiya liderlərinin münasibətləri strateji tərəfdaşlıq kateqoriyasına keçdiyi 2000-ci ildən bu yana iki ölkə liderlərinin görüşünün ləğvi ikinci dəfə baş verib. Bundan əvvəl ənənəvi sammit 2020-ci ildə pandemiya səbəbindən ləğv edilmişdi.
 

İki ölkə liderləri arasında görüşün ləğv edilməsini Rusiya Prezidentinin spikeri Dmitri Peskov da təsdiqləyib. O, sammitin keçirilməsi perspektivlərini şərh edərək, onun bu il baş tutmayacağını bildirib. Adının çəkilməsini istəməyən rusiyalı məmur jurnalistlərə bildirib ki, sammitin ləğvi hələ sentyabr ayında, Özbəkistan sammiti keçirilən zaman məlum olub. Onun sözlərinə görə, məhz o zaman Modi Putini Ukrayna ilə sülh axtarmağa çağırıb və hazırkı dövrün müharibələr dövrü olmadığını bəyan edib.
 

Sonda jurnalistlər qeyd ediblər ki, Rusiya açıq şəkildə Hindistanı Ukraynanın işğalı ilə bağlı beynəlxalq tənqidlərə qoşulmayan və ticarətin artırılmasına can atan əsas ölkə adlandırıb. Sanksiyalar Rusiyanın ABŞ və Avropa ilə ticarət kanallarını tamamilə kəsib.


Xatırladaq ki, sentyabrın sonunda ABŞ prezidenti Co Bayden administrasiyası Çin və Hindistan rəhbərliyinə müraciət edərək, prezident Putinə nüvə silahından istifadə ideyasından əl çəkməyə təsir göstərməyə çağırıb. Öz növbəsində Hindistanın xarici işlər naziri Subramanyam Caişankar BMT-də çıxışı zamanı bildirib ki, Ukrayna münaqişəsində nüvə problemi xüsusi narahatlıq doğurur.
 

Beynəlxalq sanksiyalar fonunda Hindistanın iki ən böyük neft emalı zavodu dekabrın 5-dən Rusiya xammalından imtina edib. “Bloomberg”in məlumatına görə, “Indian Oil Corporation” və “Bharat Petroleum Corporation Limited” (BPCL) zavodları ikinci dərəcəli sanksiyaların tətbiqindən ehtiyat edərək Rusiya ilə əməkdaşlığı dayandırıb.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...