Engels aerodromunda partlayışda Ukraynanın əlinin olması inkar edilmir - ABŞ isə bunu dəstəkləyir

Engels aerodromunda partlayışda Ukraynanın əlinin olması inkar edilmir - ABŞ isə bunu dəstəkləyir

ABŞ Rusiyadakı aerodromlardakı partlayışları Ukrayna Silahlı Qüvvələrinin bütün müharibə boyu ən cəsarətli hücumu hesab edir.

Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ölkəni qorumaq üçün hər şeyə malikdir.


Pentaqon əmin edir ki, ABŞ ordusu Ukraynanın uzaqmənzilli zərbə potensialını inkişaf etdirməsinə mane olmayacaq.


Sfera.az “BBC” radiosuna istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken brifinqdə Rusiya aerodromlarına pilotsuz uçuş aparatlarının zərbələrini şərh edərkən deyib.
 

Blinken hesab edir ki, Rusiya təcavüzü şəraitində yaşayan ukraynalıların hər gün nələr yaşadıqlarını anlamaq vacibdir. O, əlavə edib ki, Ukrayna ordusunda ölkəni və azadlığı qorumaq üçün lazım olan avadanlıqlar var.



Dövlət katibi Rusiyanı Ukraynanın mülki infrastrukturunu sıradan çıxarmağa və qışda insanları istilik, su və işıqsız qoymağa çalışmaqda ittiham edib.



Pentaqon rəhbəri Lloyd Austin Blinkenlə keçirdiyi brifinqdə ABŞ-ın Ukraynanın özünün uzaqmənzilli zərbə potensialını inkişaf etdirməsinə mane olmayacağını vurğulayıb.



"Qısaca cavab xeyrdir. Biz qətiyyən mane olmayacağıq. Vaşinqton artıq Ukraynaya təhlükəsizlik üçün 19 milyard dollardan çox yardım edib"- deyə nazir bildirib.
 

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays daha əvvəl bildirib ki, ABŞ Rusiya hərbi aerodromlarına pilotsuz təyyarələrin hücumuna görə kimin məsuliyyət daşıdığını bilmir.


 

"Bizim etdiyimiz hər şey Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək verməkdir. Biz Ukrayna Silahlı Qüvvələrinin Rusiya təcavüzkarlarına qarşı mübarizədə istifadə edə biləcəyini veririk"- deyə Prays vurğulayıb.
 

Ukraynanın yüksək rütbəli hökumət rəsmilərindən biri “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna pilotsuz təyyarələrinin Kursk bölgəsində üç hücumu haqqında məlumat verib.


"Bunlar Ukrayna pilotsuz təyyarələri idi. Onlar çox uğurlu və effektivdir. Ruslar qəzəb toxumu səpiblər və indi tufanı biçəcəklər" - deyə o, əlavə edib.



Amerikanın “The New York Times” nəşri də Rusiyadakı aerodromlarda baş verənləri bütün genişmiqyaslı işğal zamanı Ukrayna Silahlı Qüvvələrinin ən cəsarətli hücumu adlandırıb.

Açıklama yok.

Baza yaxınlığında olan xüsusi təyinatlılar və jurnalistlərin fikrincə, pilotsuz təyyarənin hədəfə doğru istiqamətləndirilməsinə kömək ediblər. Kiyevdə isə xüsusi təyinatlılar aerodromlarda baş verən partlayışlarda iştirakını təsdiqləməyiblər.



ABŞ dövlət katibinin müavini Viktoriya Nuland aerodromlara zərbələrin Ukrayna hərbçiləri tərəfindən həyata keçirildiyini istisna etməyib. Onun sözlərinə görə, ukraynalılar çox bacarıqlıdır və dronlarla effektiv dəniz və hava əməliyyatları aparmağa qadirdirlər.



Xatırladaq ki, dekabrın 5-də səhər saatlarında Ryazan yaxınlığındakı Dyagilevo aerodromunda yanacaq daşıyan maşın partlayıb. KİV 6 ölü və 11 rusiyalının yaralandığını bildirib. Rusiyanın ən azı 2 hərbi təyyarəsi zədələnib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR