Putin “sağ əlini” Türkiyəyə GÖNDƏRİR - Gündəmdə üç mövzu var

Putin “sağ əlini” Türkiyəyə GÖNDƏRİR - Gündəmdə üç mövzu var

Rusiya Prezidenti Vladimir Putin Suriya-Türkiyə münasibətləri ilə bağlı diqqətçəkən addım atıb.

 

Sfera.az bildirir ki, ölkə başçısı Suriya üzrə xüsusi elçi Aleksandr Lavrentyevi Türkiyəyə göndərmək qərarına gəlib. Rusiya nümayəndə heyətinin dekabrın 8-9-da İstanbulda olması gözlənilir. Gündəmdə isə Suriya-Türkiyə münasibətləri,  quru əməliyyatları və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla Bəşər Əsəd arasında mümkün görüş olacaq.

 

Digər tərəfdən Lavrentyev son açıqlamasında bildirib ki, rəsmi Moskva Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş təşkil etmək üçün çalışır. “Putinin sağ əli” olaraq tanınan Aleksandr həmçinin, sözügedən görüşün müsbət və faydalı olacağına inandıqlarını deyib.

 

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan Misir lideri Sisi ilə təmasları zamanı Əsədlə görüşə biləcəyini demişdi. “Əsədlə görüş ola bilər, siyasətdə küskünlük olmamalıdır. Əvvəl-axır bu istiqamətdə addım atılacaq”, deyə bildirmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR