Logo

ABŞ-ın YENİ PLANI: Putin zərbə altında...

ABŞ-ın YENİ PLANI: Putin zərbə altında...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Rusiya ilə bağlı yeni planı bəlli olub.

Sfera.az bildirir ki, Vaşinqton Moskvanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən G20, Bank Nəzarəti üzrə Bazel Komitəsi, Maliyyə Sabitliyi Şurası, Sığorta Nəzarətçilərinin Beynəlxalq Assosiasiyası və digərləri ilə qarşılıqlı əlaqəsinə mane olmağı planlaşdırır.

Bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Qeyd edilib ki, sözügedən məsələ ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin büdcə layihəsində əks olunub.

Məlumata görə, bu addım Rusiyanı sözügedən təşkilatlardakı işindən kənarlaşdırmaq siyasətini təmin edir. Sözügedən layihənin bu həftə Nümayəndələr Palatasında, ardınca isə Senatda səsverməyə çıxarılacağı gözlənilir. Yekun büdcə layihəsi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR