Makron Fransa-İngiltərə oyununun nəticəsini proqnozlaşdıracaq
Kateqoriya məlum deyil
Fransa Prezidenti Emmanuel Makron yenidən millinin dünya çempionatındakı oyununun nəticəsini proqnozlaşdırmaq qərarına gəlib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron qələbə qazanacaqlarına şübhəsi olmadığını bildirib:
“Hələ hesabı deyə bilməsəm də, qalib gələcəyimizi düşünürəm. Matç ərəfəsində hesabı deyəcəm, ilk olaraq müraciətlərə baxmalıyam. Komandamızı Polşa ilə möhtəşəm oyun münasibəti ilə təbrik etmək istəyirəm. İngiltərəyə qalib gəlsək, söz verdiyim kimi yarımfinala və finala gedəcəm”.
Qeyd edək ki, Fransa Prezidenti hazırkı dünya çempionatında Fransanın Polşanı 3-1 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırmışdı.






