Logo

“Rusiyanın hər bir regionu hücumlardan müdafiə ilə məşğuldur” - Peskov

“Rusiyanın hər bir regionu hücumlardan müdafiə ilə məşğuldur” - Peskov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ukraynanın Rusiya Federasiyasına zərbələrini davam etdirməsi təhlükə faktorudur”.

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, əlavə edib ki, bu amil nəzərə alınır və hökumət bütün lazımi tədbirləri görür: “Hazırda Rusiyanın hər bir regionu hücumlardan müdafiə ilə məşğuldur”.

Kremlin sözçüsü həmçinin, iki ölkə arasında danışıqların xüsusi hərbi əməliyyatda müəyyən məqsədlərə nail olunan zaman baş tutacağını əlavə edib:  “Rusiya öz məqsədlərinə çatmalıdır və bunu edəcək. Ümumilikdə biz hələ danışıqlar üçün heç bir perspektiv görmürük”.

O, qeyd edib ki,  Rusiya ilə Ukrayna arasındakı münaqişə uzunmüddətli sülhlə yekunlaşmalıdır. Bununla da Peskov ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatı ilə razılaşıb: “Biz baş verənlərin nəticəsinin ədalətli və davamlı sülh olması ilə razılaşa bilərik”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken çıxışı zamanı Ukraynada danışıqlar yolu ilə ədalətli və davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirmişdi.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR