“İki müsəlman liderlərini niyə xristian rəhbər görüşdürməlidir?” - Açıqlama

“İki müsəlman liderlərini niyə xristian rəhbər görüşdürməlidir?” - Açıqlama

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov rəsmi Moskvanın Türkiyə və Suriya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu deyib.

O, bu danışıqların region üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Maraqlıdır, Türkiyə-Suriya danışıqlarında Rusiyanın vasitəçiliyi nə ilə nəticələnə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Türkiyə-Suriya görüşünün təşkilində Rusiyanın xüsusi maraqlarının olduğunu deyib:

 

“Suriya ilə Türkiyə rəhbərlərinin görüşündə Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur. Bu, aşağılayıcı bir iş olardı. İki müsəlman ölkəsinin liderlərini nə üçün xristian dövləti görüşdürməlidir? Əgər bu görüş təşkil olunarsa, demək burada geosiyasi maraqlar var və gərək tərəflər görüşdə Rusiyanın maraqlarını nəzərə alsınlar. Bundan başqa məlumdur ki, Türkiyə və Suriyanın xüsusi xidmət orqanlarının rəhbərləri mütəmadi görüşüb danışıqlar aparırlar. Belə olduğu təqdirdə xüsusi xidmət orqanlarının iştirakı ilə də tərəfləri görüşdürmək mümkündür. Bu gün Türkiyə Suriya sərhədində yerləşən bəzi bölgələrdə Rusiyanın dəstələdiyi PKK-çılar var. Həmin şəxslər isə təbii olaraq Türkiyəyə qarşı dəstəklənir. Ona görə Rusiyanın vasitəçiliyi olan görüşdən heç bir nəticə gözləmirəm”.

 

Politoloq Türkiyə-Suriya dialoqunun baş tutmasında Suriyanın daha çox maraqlı olduğunu deyib. Ekspert Suriya iqtisadiyyatı üçün ikitərəfli görüşün əhəmiyyətindən də danışıb:

 

“Regionun ən güclü dövləti ilə danışıqlar aparmaq Suriya tərəfi üçün mühüm əhəmiyyət kəsb edir. Ərdoğanla danışıqlar aparmaq Suriyanın bir sıra problemlərini həll edə bilər. Bunun alternativi Türkiyənin hazırlaşdığı hərbi əməliyyatlar ola bilər. Düşünürəm ki, bunun nəticəsi də Suriyanın cənubuna doğru 30 km-lik “təhlükəsiz bölgə”nin yaradılması olar. Bütün bunlar Suriyanın marağındadır. Belə təqdirdə hərəkətə keçməli olan Rusiya yox, Türkiyə və Suriyanın xüsusi xidmət orqanlarının rəhbərləridir. Görüşü isə istənilən müsəlman ölkəsində təşkil etmək olar.

 

Belə hesab edirəm ki, qısa müddətdə bu məsələ reallaşa və böyük problemlər həll edilə bilər. Çünki bu gün Suriyanın şimalı boyu yerləşdirilən əsas enerji daşıyıcılarına, neft quyularına nəzarət edən PKK-nın arxasında ABŞ və digər Qərb dövlətləri dayanır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...