Danimarka şahzadəsi də ABŞ-a köçür

Danimarka şahzadəsi də ABŞ-a köçür

Danimarka şahzadəsi Yoahim Vaşinqtonda yeni işə düzəldiyi üçün ailəsi ilə birlikdə ABŞ-a köçür. Qeyd edək ki, əvvəllər o, Danimarka səfirliyində hərbi attaşe vəzifəsində çalışıb.


Yeni işi isə müdafiə sənayesi ilə bağlı olacaq.


Sfera.az bildirir ki, Danimarka mətbuatı Şahzadənin 2023-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçəcəyi, övladlarının artıq krallıq titullarından məhrum ediləcəyini yazıb.
 

Şahzadə Yoahim həyat yoldaşı Şahzadə Mari və iki azyaşlı uşağı, 13 yaşlı Şahzadə Henrik və 10 yaşlı Şahzadə Afina ilə birlikdə Vaşinqtona köçəcək.
 

Danimarka Kral Məhkəməsinin Kommunikasiyalar Departamenti Yoahimin gələcək addımı ilə bağlı xəbərləri təsdiqləməyib.
 

Xatırladaq ki, sentyabr ayında Danimarka Kraliçası nəvələri 23 yaşlı Nikolay, 20 yaşlı Feliks, 13 yaşlı Henrik və 10 yaşlı Afinanın 2023-cü ilin yanvar ayından etibarən artıq "Əlahəzrət" tituluna sahib olmayacaqlarını açıqlamışdı.
 

O vaxt Kraliça bu addımın gələcəkdə onlar üçün faydalı olacağı və varislik xəttində öz mövqelərini qoruyub saxlayan uşaqlara öz həyatlarını formalaşdırmağa icazə verəcəyini iddia edib.
 

Lakin sonrakı günlərdə şahzadə Yoahim açıq şəkildə anasının bu qərarına qarşı çıxıb və uşaqlarının bundan əziyyət çəkdiyini bildirib. Hətta o, Afina ilə Henrikin məktəbdə utanmağa başladığını deyib. Ailədən ayrı yaşayan böyük oğlu Nikolay isə nənəsinin bu qərarından şoka düşdüyünü deyib.
 

Qalmaqal olmasa da, bir vaxtlar möhkəm ailə bağları və dostluqları olan Danimarka kral ailəsindəki fikir ayrılığı getdikcə dərinləşir və bu il şahzadələr Milad bayramında bir araya gəlməyəcəklər.
 

Ailədən verilən rəsmi açıqlamaya görə, Kraliça Marqret bayram mövsümünü həmişəki kimi Orhusdakı Marselisborq qalasında keçirəcək. Böyük oğlu, vəliəhd şahzadə Frederikin də ona qatılacağı məlum deyil. Şahzadə Frederikin ailəsi ilə birlikdə həyat yoldaşı Şahzadə Merinin vətəni - Avstraliyaya səfər edəcəyi gözlənilir.
 

Xatırladaq ki, KİV Danimarka kral ailəsindəki parçalanmaya şahzadə Yoahimin böyük qardaşının həyat yoldaşına aşiq olmasını səbəb göstərmişdi.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...