Rusiya yenidən Ukraynaya raket zərbəsi endirdi - Şəhərlər işıqsızdır

Rusiya yenidən Ukraynaya raket zərbəsi endirdi - Şəhərlər işıqsızdır

Ukraynanın dörd vilayətində elektrik enerjisinin verilməsində problemlər qeydə alınıb.


Sfera.az Ukrayna mətbuatına istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin dekabrın 5-də endirdiyi raket zərbələrindən sonra bir sıra rayonlar işıqsız qalıb.


Vətəndaşlara Rusiyanın raket hücumu dayandırıldıqdan və enerji təchizatı bərpa edildikdən sonra su təchizatı ilə bağlı vəziyyətin sabitləşəcəyi barədə məlumat verilib.
 

Həmçinin yerli Telegram kanallarında insanlar fərdi evlərdə və hündürmərtəbəli binalarda enerjinin fasilərlə verilməsindən şikayətlənirlər.
 

Odessa şəhərində raket zərbəsindən sonra güclü yanğın başlayıb, ilkin məlumata görə, yarımstansiyalardan biri yanır.
 

Yerli hakimiyyət orqanları atəş nəticəsində şəhərin bir hissəsinin işıqsız qalması ilə əlaqədar elektrik stansiyalarının fəaliyyətinin dayandırıldığını bildirib.


Həmçinin Odessa şəhərində bütün qazanxanaları dayandırılıb. Elektrik enerjisi və su təchizatı bərpa edildikdən sonra işlər bərpa olunacaq.
 

Dekabrın 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin hədəfə aldığı raket zərbələri nəticəsində ciddi ziyan dəymiş Krivoy Roq qismən su və işıqsız qalıb. Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul Teleqram kanalında məlumat verib.
 

Bundan başqa Ukraynanın Sumı və Nikolaev şəhərlərində də Rusiya Silahlı Qüvvələrinin kütləvi raket hücumu ilə əlaqədar fövqəladə vəziyyət yaranıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...