Donald Trampın oğlu Zelenskini tənqid etdi
ABŞ-ın sabiq prezidenti Donald Trampın oğlu ölkəsini sərt tənqid edib.
Sfera.az bildirir ki, Donald Con Tramp bu barədə sosial media hesabında paylaşım edib. O, Ukraynanın kilsəyə hücumları fonunda Kiyevi dəstəklədiyinə görə ABŞ-ı qınayıb.
“Ukraynanın dinə hücumundan sonra ABŞ Kiyevə daha böyük məbləğdə yardım “göndərməlidir”, çünki Ukrayna prezidenti Vladimir Zelenski azadlığın aşiqidir”, deyə o qeyd edib.
Kiçik Trampın sözlərinə görə, Zelenski Ukraynada pravoslavlığa qadağalar qoymaq niyyətindədir. O, əlavə edib ki, Ukrayna prezidenti kilsə binalarında axtarış aparılmasına da icazə verib:
“Zelenskinin hökuməti pravoslav kilsələrinə basqın edərək keşişləri həbs etdirir. Bəlkə buna görə demokratlar arasında super ulduz oldu? Amma o, azadlıqdan danışır. Gəlin, heç bir hesabat vermədən ona daha 100 milyard dollar göndərək”.
Qeyd edək ki, noyabrın sonunda Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk Lavra Müqəddəs yataqxanasında, Koretski Müqəddəs Üçlük monastırında və Sarnensko-Polesye yeparxiyasının binalarında əks-kəşfiyyat işləri aparıb. Sözügedən yerlərdə seminariyada oxuyarkən istifadə olunan “rusyönlü ədəbiyyat” tapılıb. Eyni zamanda Ukrayna xüsusi xidmət orqanları axtarış apardıqları Karpat bölgəsindəki məbədlərdə, Kiril və Methodius monastırında rusiyapərəst ədəbiyyat və “Ana Rusiyanın oyanışı” ilə bağlı lirika da aşkarlayıblar.
Günay Rəsulqızı