Logo

Almaniya millisi Qətər televiziyasında lağ mövzusu oldu - FOTO

Almaniya millisi Qətər televiziyasında lağ mövzusu oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya millisi FIFA-nın dünya çempionatının ilk oyununda LGBT-yə dəstək olaraq komanda kapitanlarının qollarına “One Love” sarğısı taxmağı qadağan etməsinə etiraz etmişdi.

Sfera.az bildirir ki, 2022 Dünya Çempionatı E qrupunun son matçında Kosta Rikanı 4-2 məğlub etməsinə baxmayaraq, qrupdan çıxa bilməyən Almaniya Milli Komandası Qətər televiziyasında lağ mövzusu olub. Almanlar Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, qrupu 3-cü pillədə başa vuraraq turnirlə vidalaşıb.

Buna cavab olaraq Qətərdəki idman proqramında dünya çempionatının ilk oyununda LGBT-yə dəstək olaraq komanda kapitanlarının qollarına “One Love” sarğısı taxmalarına FİFA-nın qadağasına etiraz edən Almaniya millisi ələ salınıb.

Almaniyanın dünya çempionatından kənarda qalmasını lağ obyekti edən idman proqramında ağızlarını bağlayan şərhçilər kameraya əl yelləyiblər.

Aynil

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR